send link to app

Morex app for iPhone and iPad


4.4 ( 544 ratings )
Business
Developer: Mehdi Heyderov
Free
Current version: 1.6.2, last update: 9 months ago
First release : 24 Jan 2022
App size: 54.3 Mb

Morex MMC daşınma və kuryer fəaliyyəti sahəsində bir qrup professionalın yaratdığı şirkətdir. Daha çox insana çatdırmaq ümidi ilə yola çıxdıq. Əsas məqsədimiz maksimum müştəri məmnunluğu oldu. Daşınma sahəsində illərlə topladığımız təcrübəni bir araya gətirdik. Bu işə başladıq. "Morex MMC" sadəcə sürətli karqo və kuryer şirkəti deyil. Morex MMC yüksək keyfiyyətli, dinamik və maksimum müştəri məmnunluğu təmin edən qurumdur.

Bu məmnunluğu təmin etməkdən ötrü idarəetməyə də professional yanaşdıq. Bizdə yalnız işinin ası olanlar çalışır. Əməkdaşlarımız öz sahəsi üzrə professionallardır. Həm də vaxtaşırı təlimlərə cəlb olunur, daşınma işinin sirlərinə daha dərindən yiyələnirlər. Bundan əlavə gənc, dinamik və gülərüz kollektivimiz hər zaman müştərilərə xüsusi qayğı və diqqətlə yanaşırlar. Morex sadəcə bir şirkət deyil həm də daşınmaya fərqli yanaşmanın müasir ideyasıdır.

Yenicə fəaliyyətə başlasaq da, artıq kifayət qədər uğurlarımız və gördüyümüz işlər təqdirəlayiqdir. Bu fikir bizdən razı qalan müştərilərin dilində daima öz əksini tapmaqdadır. Çünki şirkətin fəaliyyəti yükdaşıma və kuryerçilik üzrə beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulmuşdur. Ən əsası isə Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyinin bütün tələblərinə əməl etməklə sizlərin məmnunluğunu təmin edirik.